Rusiyada dövlətə xəyanətdə təqsirləndirilən şəxs saxlanılıb


  • 11:36

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ukrayna hərbi kəşfiyyatı üçün məlumat toplayan İT şirkətinin əməkdaşını saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Müəyyən edilib ki, şübhəli şəxs daimi olaraq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin zabiti ilə əlaqə saxlayıb və pul mükafatı qarşılığında əldə etdiyi məlumatları "Telegram" vasitəsilə ötürüb.

Bundan əlavə, o, Mordoviya Daxili İşlər Nazirliyinin əməkdaşına qarşı sifarişli qətl təşkil etmək üçün məlumatları qarşı tərəfə ötürüb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.

Humay Eminqızı

Oxşar xəbərlər