Məzmuna keç

Türkiyədə avtomobil uçurumdan aşıb: 4 nəfər ölüb

Türkiyənin Sivas şəhərində faciəvi yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivasın Doğanşar rayonunda avtomobilin uçurumdan yuvarlanması nəticəsində 4 nəfər həyatını itirib.

Hadisə yerinə tibb və jandarma qrupları sövq edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı