- 17:37
Türkiyənin Antalya şəhərində meşə yanğını başlayıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Antalyanın Qazipaşa rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Əraziyə Antalya Meşə Regional İdarəsinin əməkdaşları, xilasedicilər, tibb və jandarma qrupları cəlb edilib.
Qruplar yanğını nəzarət altına alıb.
Ərazidə soyutma işləri davam etdirilir.
Humay Eminqızı