- 17:37
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Kalininqradda Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı edən şəxsi saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Saxlanılan şəxsin keçmiş dövlət qulluqçusu olduğu bildirilib.
Müəyyən edilib ki, təqsirləndirilən şəxs Ukrayna bankının mobil tətbiqindən azı doqquz dəfə istifadə edərək Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə vəsait köçürüb.
Ona qarşı, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsinə (terrorizmin maliyyələşdirilməsi) əsasən cinayət işi açılıb.
Onu 15 ilə qədər həbs cəzası gözləyir.
Humay Eminqızı