- 17:37
Paris məhkəməsi Fransaın sabiq prezidenti Nikola Sarkozini seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilib.
E-huquq.az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
İstintaqın məlumatına görə, Sarkozi ən yaxın adamları vasitəsilə 2007-ci il prezident seçkilərində onun seçki kampaniyası üçün əlavə maliyyə vəsaiti əldə etmək məqsədilə Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ilə "korrupsiya paktı" bağlayıb.
Qeyd olunur ki, digər ittihamlar, yəni dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamları üzrə Fransanın sabiq prezidenti bəraət alıb.
Humay Eminqızı