Danimarkanın hava limanları bağlandı


  • 16:38

Danimarkanın Kopenhagen hava limanında baş verən dron xəbərdarlığından 2 gün sonra ölkənin digər hava limanlarında da dronlar müşahidə olunub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Yutlandiya Polisi, Aalborq Hava Limanı yaxınlığında dronların görüldüyünü və bu səbəbdən hava məkanının bağlandığını bildirib.

Cənubi Yutlandiya Polisi isə Esbjerg, Sonderborg və Skrydstrup hava limanları ətrafında dronların aşkar edildiyini açıqlayıb.

Danimarka Müdafiə Naziri Troels Lund Poulsen hadisəni hibrid hücum kimi qiymətləndirərək bunun sistemli və təsadüfi olmadığını bildirib. Lakin nazir hələlik birbaşa hərbi təhdidin mövcud olmadığını da vurğulayıb.

Danimarka Baş naziri Mette Frederiksen isə hadisəni “ndiyədək Danimarkanın kritik infrastrukturuna qarşı edilmiş ən ciddi hücum kimi qiymətləndirib.

Humay Eminqızı

Oxşar xəbərlər