ABŞ-də 1 milyonluq zinət əşyaları oğurlanıb


  • 16:50

ABŞ-nin Kaliforniya ştanında 25 nəfərdən ibarət dəstə 1 milyon dollar dəyərində zinət əşyaları oğurlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kaliforniyanın San Ramon şəhərində zinət əşyalarının satıldığı “Heller Jewelers” adlı mağazada qeydə alınıb.

Vitrinləri sındıraraq zinət əşyalarını oğurlayan qrup qapıların avtomatik kilitlənməsi səbəbindən bir müddət oranı tərk edə bilməyiblər. Qapını açmaq üçün qrup üzvlərindən biri silahla atəş açıb.

Nəticədə onlar hadisə yerindən qaçmağa nail olublar.

Hadisədən sonra keçirilən əməliyyatlarda 7 şübhəli həbs edilib.

Polis oğurlanmış qızıl-zinət əşyalarının bir qisminin və hadisədə istifadə edilən iki silahın ələ keçirildiyini açıqlayıb.

Qeyd edək ki, sözügedən mağaza 2023-cü ildə də oxşar hücuma məruz qalıb.

Humay Eminqızı

Oxşar xəbərlər