- 17:37
Aİ ölkələrində "Tesla" şirkətinin avtomobil satışları Aİ ölkələrində azalmağa davam edib.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, ötən ilin avqustunda 12 966 ədəd olan "Tesla"satışları bu ilin eyni dövründə 8 220 ədədə düşüb. Bu isə 36,6 faiz azalma deməkdir. Avqust ayında Aİ-də ümumi yeni avtomobil satışlarında markanın payı 2 faizdən 1,2 faizə düşüb.
Yanvar-avqust ayında isə "Tesla"nın Aİ ölkələrində satışları ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz azalıb. Belə ki, keçən ilin yanvar-avqust ayları arasında Ai-də 150 037 ədəd olan "Tesla" satışları bu ilin eyni dövründə 85 673 ədəd olub. Bu dövrdə şirkətin Aİ bazarında ümumi payı 2,1 faizdən 1,2 faizə düşüb.
İsveçrə, Norveç və İslandiya və Böyük Britaniyada satışları avqust ayında keçən ilin eyni ayına görə 22,5 faiz azalaraq 14 831 ədədə, yanvar-avqust dövründə isə 32,6 faiz azalaraq 133 857 ədədə düşüb.
Humay Eminqızı