- 17:32
Rusiyanın Kamçatka vilayətində ayı 84 yaşlı qadına hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə Kamçatkanın Petropavlovsk-Kamçatski şəhərində qeydə alınıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra təhlükəsizlik tədbirləri artırılıb və ayı zərərsizləşdirilib.
Qeyd edək ki, bu həftənin əvvəlində Rusiyanın şərqindəki Saxalin adasında meşədə ayının hücumuna məruz qalan bir nəfər də ölüb.
Humay Eminqızı