- 27 Sentyabr 23:18
Türkiyədə 52 yaşlı müğənni Gül Tut binadan düşərək ölüb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Güllü adı ilə məşhurlaşan sənətçi Yalovanın Çınarcık rayonunda evinin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə yerinə tibb işçiləri və təhlükəsizlik qüvvələri cəlb edilib.
Hadisə yerinə gələn tibb işçiləri onun öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Humay Eminqızı