- 27 Sentyabr 23:18
Türkiyənin 11 vilayətində güclü fırtına ilə bağlı bağlı əhaliyə sarı xəbərdarlıq verilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin əksər rayonlarda havanın temperaturunun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.
Meteorologiya İdarəsinin proqnozlarına görə, Kırklareli, İstanbul, Kocaeli, Sakarya, Yalova, Kastamonu, Sinop, Tokat və Artvin, Bursa və Balıkesir və Çanaqqalada leysan yağacaq. Digər rayonlarda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əhaliyə sel, su basması, güclü külək və digər hallara qarşı diqqətli olmaq barədə çağırış edilib.
Humay Eminqızı