- 27 Sentyabr 23:18
ABŞ-ın onlayn pərakəndə satış şirkəti "Amazon" 2,5 milyard dollar məbləğində təzminat ödəyəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət Federal Ticarət Komissiyası (FTC) ilə iki illik məhkəmə çəkişməsində məğlub olub.
İddiaya görə, şirkət milyonlarla müştərini aldadaraq onları prime üzvlüyünə yazılamağa məcbur edib.
Məhkəmə qərarına əsasən, şirkət 1 milyard dollar cərimə ödəyəcək. 1,5 milyard dollar isə 35 milyon müştəriyə geri qaytarılacaq.
Şirkətin sözçüsü Mark Blafkin şirkətin qanunu pozmadığını iddia edib.
"Müştərilərimizə həm üzvlüyünə başlamaq, həm də ləğv etmək üçün aydın və sadə yollar təklif edirik. Bu müqavilə müştərilər üçün innovasiyalara diqqət yetirməyə imkan verəcək" dedi.
Qeyd edək ki, prime üzvlük haqqı ayda 14,99 dollar və ya ildə 139 dollardır.
Humay Eminqızı