- 27 Sentyabr 23:18
Rusiyanın Smolensk vilayətində yanacaq daşıyan qatar qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla 08:00 radələrində yük qatarı ilə ağır tonnajlı yük maşını toqquşub.
Baş verən qəza nəticəsində 6 yanacaq vaqonu relsdən çıxaraq yanıb.
Alovun söndürülməsi üçün əraziyə 40 yanğınsöndürən cəlb edilib.
Lokomotiv heyəti, maşinist və onun köməkçisi orta-ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Humay Eminqızı