- 27 Sentyabr 23:18
Argentinada narkotik dəstəsi tərəfindən oğurlanan üç qadın işgəncə edilərək öldürülüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ən gənc qurbanın 15 yaşlı Lara Qutierrez, digər iki qadının isə 20 yaşlı Brenda del Kastillo və 21 yaşlı Morena Verdi olduğu məlum olub.
Hadisəni törədən şəxslər qətli törədərkən “TikTok”da canlı yayım açıb.
Qurbanlardan ikisinin dəstədən dörd kilo kokain oğurladığı iddia edilib.
Üç qadının cəsədi beş gün sonra bağda basdırılmış vəziyyətdə tapılıb.
Buenos-Ayresin təhlükəsizlik naziri bildirib ki, qurbanlar dəstə üzvləri tərəfindən qəsdən tələyə salınıblar.
İstintaq müəyyən edib ki, qətllər Buenos-Ayresdə yerləşən beynəlxalq narkotik karteli tərəfindən təşkil edilib. Dəstə başçısının Peru vətəndaşı olduğu və hadisədən sonra ölkədən qaçdığı bildirilir.
İndiyədək 4 nəfər həbs edilib və beynəlxalq miqyasda araşdırmalar davam edir.
Humay Eminqızı