- 27 Sentyabr 23:18
Ekvadorda həbsxanada silahlı insident zamanı 17 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Amerikanın şimal-qərbində yerləşən Esmeraldas şəhərində yerləşən həbsxanada rəqib dəstələr arasında silahlı atışma baş verib.
Hadisə zamanı 17 məhbus həyatını itirib.
Ölənlərin sayının artacağı istisan edilmir.
Həbsxanaya təhlükəsizlik qüvvələri cəlb edilib.
Baş verən qarşıdurmalarda Los Choneros və Los Lobos cinayətkar dəstələri günahlandırılır.
Humay Eminqızı