- 27 Sentyabr 23:18
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi əməkdaşları Luqansk Xalq Respublikasında Rusiya Qvardiyasının yüksək rütbəli hərbçisinə qarşı terror aktı hazırlamaqda təqsirləndirilən şəxsi saxlayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə DİN rəsmisi İrina Volk və FTX məlumat yayıb.
Məlum olub ki, təqsirləndirilən şəxs ukraynalı kuratorun verdiyi koordinatlardan əldəqayırma partlayıcı qurğunun yığılması üçün komponentləri əldə edib.
O, partlayıcı qurğunu Milli Qvardiyanın zabitinin xidməti avtomobilinin altına yerləşdirməli idi.
Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına hazırlıq), həmçinin 222.1-ci maddənin 1-ci hissəsi (partlayıcı maddələrin qanunsuz saxlanması) üzrə cinayət işi açılıb.
Humay Eminqızı