Rusiyada 7 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb


  • 26 Sentyabr 11:53

Rusiyanın saxta spirtli içki qəbul edən 7 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk məlumat verib.

O bildirib ki, içkidən zəhərlənən 3 nəfərin hazırda vəziyyəti ağırdır.

Həmkəndlilərinə saxta spirtli içki satan şəxs saxlanılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi üzrə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb.

Qeyd edək ki, bu maddə üzrə cəza kimi 4 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Humay Eminqızı

Oxşar xəbərlər