- 27 Sentyabr 23:18
Ay kraterlərində qiymətli metalların olması ehtimal edilir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, astronom Jayanth Chennamangalamın rəhbərlik etdiyi araşdırma 6500-ə qədər kraterində platin, palladium və rodium kimi qiymətli metalların ola biləcəyini ortaya qoyub.
Sənaye və tibbdə kritik əhəmiyyətinə baxmayaraq, bu metallar Yer üzündə olduqca nadirdir.
Asteroidlər qiymətli metallarla zəngin olsalar da, onların tutulması və çıxarılması texniki cəhətdən kifayət qədər çətin və baha başa gəlir. Bunun əksinə olaraq, Ay Yerin orbitində sabit mövqedədir və onun səthində əmələ gələn kraterlər nisbətən daha əlçatandır.
Kosmik mədənçilik Yerin məhdud resurslarına alternativ olaraq görülür. Bundan əlavə, Ayda su tapılarsa, bu resurs astronavtların ehtiyaclarını ödəmək üçün istifadə oluna bilə. Bu da Yerdən suyun nəqlinə ehtiyacı azaldır.
Tədqiqat Planetary and Space Science jurnalında dərc olunub.
Humay Eminqızı