- 27 Sentyabr 23:18
Türkiyənin "Turkish Airlines" hava yolları 225 yeni "Boeing" sərnişin təyyarəsi almağı planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Aviaşirkət “Boeing B787-9” və” B787-10” tipli 75 təyyarə almaq qərarındadır.
Təyyarələrin 2029-cu ildən 2034-cü ilə alınması nəzərdə tutulub.
“Boeing” şirkəti ilə 150 ədəd “737-8 /10 MAX” model təyyarələrin alınması üzrə danışıqlar isə başa çatıb.
Bu sifarişlərin 100-ü artıq təsdiqlənib.
Humay Eminqızı