- 27 Sentyabr 23:18
İran və Rusiya "Hörmüz" adlı Atom Elektrik Stansiyasının (AES) inşası üçün 25 milyard dollar dəyərində müqavilə imzalayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Müqavilə İran Atom Enerjisi Təşkilatı tərəfindən “Iran Hormoz” şirkətinin nümayəndəsi Nasir Mənsur Şəriful, Rusiya tərəfindən isə “Rosatom Enerji Layihələri” ASC-nin nümayəndəsi Dmitri Şiqanov tərəfindən imzalanıb.
Qeyd edək ki, atom elektrik stansiyası dörd enerji blokundan ibarət olacaq. Layihə üçün 500 hektar sahə ayrılıb.
Humay Eminqızı