Rusiyada turist avtobusu qəzaya düşdü - Ölən və yaralılar var


  • 16:08

Rusiyanın Primorsk diyarında turistləri daşıyan avtobusla yük maşını ikə toqquşub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Primorsk diyarının Razdolnoye-Xasan yolunda, Barabaş kəndi yaxınlığında baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, Çin Xalq Respublikasından turistlərlə yola çıxan avtobusda ümumilikdə 14 nəfər olub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi (həyat və sağlamlıq təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olub)maddəsi üzrə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər