- 17:45
“Yaxın Şərqdə münaqişənin uzanması neft qiymətlərinin 2026-cı ilin sonuna qədər bir barel üçün 100 dollardan yuxarı, hətta 200 dollara qədər yüksəlməsi ilə təhdid edir”.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Ekspertlər hesab edir ki, 30 günlük tədarükün kəsilməsi ilə neftin qiyməti ilin sonuna kimi bir barel üçün 76 dollar səviyyəsində sabitləşə bilər. İki aylıq tədarükün kəsilməsi ilə qiymət bir barel üçün 93 dollara çata bilər. Münaqişənin daha da uzanması halında isə qiymətin 150–200 dollar və daha yüksək səviyyəyə qalxması istisna edilmir”, - Zaxarova bildirib.
Humay Eminqızı