- 18 Mart 21:31
İranda yanvar iğtişaşlarında təhlükəsizlik orqanlarının əməkdaşlarının ölümündə təqsirli bilinən üç nəfər edam olunub.
E-huquq.az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Ali Məhkəmənin təsdiqindən sonra iki polis əməkdaşını öldürməkdə təqsirli bilinən Mehdi Qasimi, Saleh Məhəmmədi və Səid Davudi adlı məhkumların edamları Qum şəhərində icra olunub.
Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində cari ilin yanvarında son üç ildə ən böyük etiraz aksiyaları keçirilib.