"Hizbullah" İsrailə qarşı PUA və raketlərlə çoxsaylı hücumlar həyata keçirib


  • 11:33

"Hizbullah" Livanın cənubunda və İsrailin şimalındakı hərbi mövqeləri və yaşayış məntəqələrini hədəf alan çoxsaylı hücumlar həyata keçirib.

E-huquq.az xəbər verir ki, sərhəddəki Taybe qəsəbəsində İsrailə məxsus 6 Merkava tankı hədəfə alınıb.

"Hizbullah"ın yaydığı məlumatda raket, Tayba qəsəbəsinə raket və artilleriya hücumları təşkil etdiklərini də açıqlanıb.

Hücumlarpın hədəfində İsrailə məxsus hərbi obyektlər, qoşunların toplaşdığı ərazilər, qərargahlar, artilleriya mövqeləri, yaşayış məntəqələri və hərbi sənaye şirkəti olub.

Hücumların Livan və onun xalqını müdafiə etmək üçün həyata keçirildiyi bildirilib.

İsrail əsgərləri arasında itkilərin olduğu və evakuasiya üçün vertolyotların səfərbər edildiyi iddia edilib.

Sərhəddəki Merkaba qəsəbəsi ilə üzbəüz yerləşən Əl-Mərc və Ər-Rahib mövqelərinin də hədəflər arasında olduğu bildirilib.

Həmçinin İsrailin şimalındakı Şomera qəsəbəsindəki əsgərlərin raketlərlə, Kiryat Şmona qəsəbəsinin isə 4 dəfə raket və pilotsuz təyyarələrlə hədəfə alındığı qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər