- 13:45
İranın cavab zərbələrindən sonra İsrailin bir çox yerində, xüsusən də paytaxt Təl-Əvivdə sirenlər səslənib.
E-huquq.az xəbər verir ki, İsrail ordusu İrandan atılan raketlərin aşkar edildiyini və hava hücumundan müdafiə sistemlərinin onların qarşısını almağa çalışdığını açıqlayıb.
Əhaliyə hava hücumu barədə xəbərdarlıq edilib və sığınacaqlara getmələri tövsiyə edilib.
Ölən və yaralılar barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə