- 13:45
Səudiyyə Ərəbistanının hava məkanında bir ballistik raket və səkkiz pilotsuz uçuş aparatı (PUA) vurulub.
E-huquq.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumat yayıb.
Açıqlamada ölkənin şərq bölgəsinə doğru atılan bir ballistik raket və səkkiz PUA-nın ölkənin Səudiyyə hava məkanında ələ keçirildiyi və məhv edildiyi bildirilib.
Nazirliyin daha əvvəlki açıqlamasında son bir saatda İrandan atılan 5 pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyi bildirilmişdi.
Şəbnəm Mehdizadə