Türkiyənin 6 vilayətində əhaliyə güclü yağışla bağlı xəbərdarlıq edildi


  • 12:35

Türkiyənin Mersin, Adana, Osmaniye, Hatay, Karaman və Niğde vilayətlərində güclü yağışla bağlı vətəndaşlara xəbərdarlıq edilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə plkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sözügedən vilayətlərdə güclü yağış yağacaq.

Sahil boyu ərazilərdə fırtına ehtimalı var.

Vətəndaşlara sel, sürüşmə kimi hallara qarşı diqqətli olmaları və ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər