ABŞ-İsrail hücumları nəticəsində İranda 20 xəstəxanaya ziyan dəyib


  • 12:53

Fevralın 28-dən bəri ABŞ-İsrailin hücumları nəticəsində İranda ən azı 20 xəstəxana və sağlamlıq mərkəzi zərər görüb.

E-huquq.az xəbər verir ki, bu barədə İran Tibb Assosiasiyasının rəhbəri Məhəmməd Rəiszadə məlumat yayıb.

Onun sözlərinə görə, “Qandi” xəstəxanası tamamilə yararsız hala düşüb.

“Bu günə qədər 18 səhiyyə işçisi hücumlarda həyatını itirib. Davam edən hücumlara baxmayaraq, səhiyyə işçilərinin öz vəzifələrini fədakarlıqla davam etdirir”, - M. Rəiszadə bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər