- 15:20
Pakistanın Karaçi şəhərində təsirli olan şiddətli yağış və fırtına nəticəsində ilk məlumatlara görə, 16 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, çox sayda insan yaralanıb.
Pakistan Meteorologiya İdarəsi küləyin sürətinin Karaçidə saatda 92 kilometrə, Mauripurda isə 97 kilometrə çatdığını bildirib.
Güclü yağışlar səbəbindən infrastrukturun zədələndiyi bildirilib.
Humay Eminqızı