İraq hava məkanını martın 22-dək bağlayıb


  • 14:36

İraqın aviasiya orqanları ölkənin hava məkanının bağlı qalma müddətini ən azı bazar gününə qədər uzadıb.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

"Hava məkanının bağlı qalma rejimi 22 mart saat 09:00-a qədər uzadılıb", - o deyib.

Mənbə qeyd edib ki, İraq üzərində hava məkanı fevralın 28-də günün birinci yarısında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən bağlanıb.

Qeyd edək ki, fevralın 28-dən bu günə qədər İran, Küveyt və Bəhreynin hava məkanı tam, Qətərin hava məkanı isə qismən bağlıdır.

Oxşar xəbərlər