- 16:13
ABŞ Səudiyyə Ərəbistanındakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
E-huquq.az xəbər verir ki, ABŞ-nin Ər-Riyaddakı səfirliyi ölkədəki vətəndaşlarına təhlükəsizlik məsələləri ilə bağlı xəbərdarlıq edib və onları Səudiyyə Ərəbistanını tərk etməyə çağırıb.
"ABŞ vətəndaşlarına tövsiyə olunur ki, Səudiyyə Ərəbistanını kommersiya reysləri ilə təhlükəsiz şəkildə tərk etsinlər”, - Səfirliyin yaydığı məlumatda qeyd edilib.
Bu çağırış Səudiyyə Ərəbistanının ABŞ-İsrail hücumlarına cavab olaraq İrandan raket və pilotsuz təyyarə hücumlarına məruz qalmasından sonra edilib.
Şəbnəm Mehdizadə