- 16:13
Avropa İttifaqının Kiyevdəki səfirinin müavini Gediminas Navitskasla görüşdə Ukrayna "Drujba" neft kəmərinin bərpası planını təqdim edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski məlumat verib.
Qeyd edək ki, yanvarın 27-dən Rusiya nefti "Drujba" kəməri ilə Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına çatdırılmır. Macarıstan hökuməti kəmərin işlək vəziyyətdə olduğunu və Ukraynanın təkcə siyasi səbəblərdən tranzitini bərpa etmədiyini iddia edir.
Humay Eminqızı