Tramp Lukaşenkonu Sülh Şurasının iclaslarına dəvət edib


  • 16:13

ABŞ prezidenti Donald Tramp belaruslu həmkarı Aleksandr Lukaşenkonu Sülh Şurasının növbəti iclaslarında iştirak etməyə dəvət edib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ liderinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul məlumat verib.

“Bir müddət əvvəl prezident Lukaşenkonun bu yaxınlarda Vaşinqtonda keçirilən Sülh Şurasının iclasında iştirak edə bilməməsi bizi məyus etdi. Bununla belə, prezident Tramp prezident Lukaşenkonu Sülh Şurasının gələcək iclaslarında iştirak etməyə dəvət edib. Biz bu məsələni müzakirə etdik. Prezident Lukaşenko Sülh Şurasının iclaslarından birində iştirak edəcəyini təsdiqləyib”, - Con Koul bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər