ABŞ yaxın günlərdə Yaxın Şərqə əlavə dəniz piyadaları göndərəcək


  • 08:31

ABŞ yaxın günlərdə Yaxın Şərqə daha bir neçə min dənizçi və dəniz piyadası göndərməyi planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə NBC məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ən azı 2 200 dəniz piyadasından ibarət 11-ci Dəniz Ekspedisiya Bölməsinin yaxın günlərdə San Dieqodan Yaxın Şərqə göndərilməsi gözlənilir. Mənbələrin bildirdiyinə görə, bu yerləşdirmə əvvəlcədən planlaşdırılandan daha tez həyata keçirilir.

Qeyd olunur ki, şəxsi heyət “USS Boxer” amfibiya hücum gəmisində yerləşdiriləcək. Əməliyyat çərçivəsində qoşunların daşınması üçün daha iki gəminin də cəlb olunacağı bildirilir.

Oxşar xəbərlər