- 17:29
ABŞ, İsrail və İran arasında müharibə daha da uzana bilər.
E-huquq.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bunu “Star” qəzetinə müsahibəsində bildirib.
Hakan Fidan qeyd edib ki, Körfəz ölkələri müharibənin daha iki-üç həftə davam edəcəyi qənaətindədir: “Burada müəyyənedici faktor ABŞ-ın mövqeyi olacaq. İsrail ABŞ-a təsir göstərməyə çalışacaq və atəşkəsə, ya qısa müddətdə sülhə nail olunmasına mane olmaq istəyə bilər. ABŞ və İsrailin başlanğıc mövqelərinin bir-birindən uzaqlaşdığı ilə bağlı qiymətləndirmələr artıb. Bu isə müharibənin daha da uzanması ilə nəticələnə bilər”.