- 14:01
Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birləşmiş komandanlığının fəaliyyəti çərçivəsində təlim tapşırıqlarını yerinə yetirən Qətər SQ-yə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb", - bəyanatda deyilir.
Qəza nəticəsində göyərtədə olan yeddi nəfər, o cümlədən hər iki ölkənin hərbi qulluqçuları və Türkiyənin "Aselsan" şirkətinin əməkdaşları həlak olub.
Qurumdan vurğulanıb ki, Türkiyə və Qətər arasında hərbi əməkdaşlıq qüvvədə olan razılaşmalar çərçivəsində davam edir.
Qeyd olunur ki, qəzanın dəqiq səbəbləri Qətər tərəfindən aparılan istintaqın yekunlarına əsasən müəyyən ediləcək.
***
14:16
Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə qəzaya uğrayan helikopterdə 3 nəfər türkün həlak olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:
“Qətərdə qəzaya uğrayan hərbi helikopterdə olan bir TSK əməkdaşımız və ASELSAN-dan iki texniki işçimiz şəhid oldu”.
qeyd edək ki, Qətərdə helikopter qəzasında 7 nəfər ölüb. Ölənlərdən 4-ü Qətər hərbçisi, 1-i türk hərbçisi, 2 ASELSAN əməkdaşıdır.
***
14:14
Qətərdə helikopter qəzasında 3 türk hərbçi həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
12:39
Qətərə məxsus hərbi helikopterin texniki nasazlıq səbəbindən ölkənin sularında qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə hökumət məlumat yayıb.
Helikopterdə ümumilikdə yeddi nəfər olub. Qətərin Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, itkin düşən sonuncu şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.
Ölkənin Müdafiə Nazirliyi daha əvvəl X platformasında yaydığı açıqlamada qeyd edib: “Qətərə məxsus helikopter planlı uçuş zamanı texniki nasazlıqla üzləşib və nəticədə dövlətin ərazi sularında qəzaya uğrayıb.”