- 14:01
Dağıntılar altında qalan bir nəfərin meyiti çıxarılıb.
E-huquq.az xəbər verir ki, İstanbulda uçan binalarla bağlı xilasetmə əməliyyatları zamanı dağıntılar altından çıxarılan 10 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.
***
16:31
İstanbul valisi Davud Gül jurnalistlərə açıqlamasında yaşayış binalarının uçması ilə bağlı dağıntılar altından 9 nəfərin sağ çıxarıldığını deyib.
E-huquq.az xəbər verir ki, vali eyni zamanda 2 nəfərin axtarışlarının davam etdirildiyini bildirib.
***
15:58
İstanbul valisi Davut Gül İstanbulda iki binanın çökməsi ilə bağlı açıqlama verib.
E-huquq.az xəbər verir ki, vali ilkin mərhələdə hadisənin təbii qazdan qaynaqlandığının ehtimal edildiyini bildirib. O deyib: “Partlayış nəticəsində yanaşı yerləşən - biri iki mərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib. İlkin müəyyənləşdirməyə görə, uçqun altında ümumilikdə 9 nəfər qalıb. Rayon rəhbərimizin koordinasiyası və aidiyyəti qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib. Bir nəfər dağıntılar altında tapılıb və onun az sonra çıxarılması gözlənilir. Digər vətəndaşımızın da tapılması və xilas edilməsi üçün işlər davam edir”.
Vali bütün bunların ilkin məlumat olduğunu, yenilənəcəyi təqdirdə ictimaiyyətin məlumatlandırılacağını deyib. O, axtarış-xilasetmə işlərinin çətin şəraitdə və dar bir ərazidə davam etdiyini, bu səbəbdən əraziyə yaxın gedilməsinə icazə verilmədiyini bildirib.
“AFAD lazımi qiymətləndirmələri aparacaq. Boşaldılması tələb olunan binalar varsa, təxliyə ediləcək. Çöldə qalan vətəndaşlarımızın sığınacaq, qidalanma və digər ehtiyacları da qarşılanacaq. Hazırda bizim prioritetimiz vətəndaşlarımızı uçqun altından çıxarmaq və onların müalicəsini təmin etməkdir. Yaralı vətəndaşlarımızın, ilkin məlumata görə, həyati təhlükəsi yoxdur, - deyə vali əlavə edib.
***
14:09
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.
E-huquq.az xəbər verir ki, dağıntılar altında beş nəfərin qaldığı bildirilir.
Məlumata görə, onlardan üçü xilas olunub.
Hadisənin qaz partlayışından baş verdiyi qeyd olunur.
***
13:50
İstanbulun Fatih rayonunda yaşayış binası uçub.
E-huquq.az xəbər verir ki, çökən binada axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Bir nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
