Məzmuna keç

Bəhreyn və Küveytin hava məkanının bağlı qalma müddəti uzadılıb

Bəhreyn və Küveyt hava məkanlarını ən azı daha 12 saat bağlı saxlayacaqlar.

E-huquq.az xəbər verir ki, bu barədə Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidməti məlumat yayıb.

"Hava məkanının bağlanması Bəhreyn və Küveytin aviasiya idarələri tərəfindən ən azı daha 12 saat – yerli vaxtla saat 16:00-a qədər uzadılıb", – məlumatda deyilir.

Qeyd edək ki, bu ölkələr üzərindən mülki aviasiya uçuşları artıq 24 gündür dayandırılıb.