- 08:31
Kremldə ABŞ və İran arasında təmasların bərpası məsələsi ilə bağlı obyektiv məlumat yoxdur.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bütün tərəflərin (ABŞ və İran - red.) bir sıra ziddiyyətli bəyanatlar səsləndirdiklərini qeydə alırıq. Onlar bir-birilərinə ziddirlər. Bununla bağlı vəziyyətin əslində necə olduğunu bilmirik", - mətbuat katibi qeyd edib.