- 20:10
Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərqinə endirdiyi zərbələr nəticəsində 22 nəfər həlak olub, 153 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1094-ə, yaralılar isə 3119-a çatıb. Martın 2-dən 24-dək İsrailin hücumlarında həlak olanlar arasında 120-si uşaq, 81-i isə qadın olub", - deyə açıqlamada bildirilir.
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, 1 049 328 nəfər müharibə zonasından didərgin düşüb.