- 25 Mart 23:08
İranın xarici işlər naziri Abbas Əraqçi düşmənin İrana qarşı planlarının iflasa uğradığını bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, qarşı tərəf ölkəni parçalamaqda, qələbə qazanmaqda və milli birliyi sarsıtmaqda uğur əldə edə bilməyib.
“Xalq hər gün küçələrə çıxaraq ölkəyə dəstəyini göstərir. Düşmən bu məqsədlərin heç birinə nail ola bilmədi”, – deyə Əraqçi qeyd edib.