- 11:23
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Şimali Koreya Sədri Kim Çen In iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Lukaşenkonun sözlərinə görə, sənəddə tərəflərin qarşılıqlı fəaliyyətinin məqsədləri, prinsipləri "aydın və açıq şəkildə" ifadə olunub, gələcək qarşılıqlı faydalı proseslərin institusional çərçivələri müəyyən edilib.
Qeyd edək ki, A.Lukaşenko Şimali Koreyada rəsmi səfərdədir.