- 10:52
Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin dəniz dronu ilə vurulduğu düşünülür.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Rusiyada xam neft yükləmiş, xarici bayraq altında üzən gəminin heyətinin türk olduğu bilinir.
***
Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin dron hücumuna məruz qaldığı iddia edilir.
E-huquq.az "Haber Global"a istinadən xəbər verir ki, tanker İstanbul boğazının girişindən 15 mil (24,14 km) məsafədə vurulub.
Hücum nəticəsində gəminin bəzi hissələrinə ziyan dəysə də, 27 nəfərlik heyət üzvləri zərər görməyib.
Tankerdə 140 min ton (1 milyon barel) neftin olduğu bildirilib.
Tankerin vurulması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.