- 11:51
Rusiyanın Çelyabinsk şəhərində yerləşən 32 saylı məktəbdə qundaqlı yay-oxdan açılan atəş nəticəsində azı iki uşaq ağır xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 9-cu sinif şagirdi müəllimi hədəf alsa da, ox onun sinif yoldaşına dəyib. Daha sonra o, məktəbin dəhlizində müəllimlərə qarşı bibər qazı istifadə edib və pəncərədən tullanaraq ayaqlarını sındırıb. Oxlardan biri isə onun sinif yoldaşına dəyib.
Məlumata görə, ox 15 yaşlı qızın baş nahiyəsinə dəyib, o, kəsici xəsarətlə xəstəxanaya yerləşdirilib. Hər iki şəxs Çelyabinsk şəhərindəki xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində məktəbin üç müəllimi də zərər çəkib. Onlarda göz və üz nahiyəsində kimyəvi yanıq diaqnozu qoyulub.
Hadisənin dərs zamanı baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.