- 14:27
İraqın paytaxtı Bağdad şəhərində xidmət edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti təxliyə edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Bağdadda xidmət edən Türkiyə hərbçilərinin təxliyəsi uğurla başa çatıb.
“NATO rəsmiləri bölgəmizdəki hadisələri nəzərə alaraq İraq missiyasının təxliyəsinə qərar verib”, - MN-in məlumatında qeyd edilib.