- 19:28
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
E-huquq.az xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında bildirib.
"Mühüm görüşlər planlaşdırılıb. Biz dəstəyi qiymətləndiririk və təhlükəsizlik naminə bizimlə birlikdə işləməyə hazır olanları dəstəkləyirik", - Ukrayna lideri detalları açıqlamadan yazıb.
Daha əvvəl xəbər verilmişdi ki, Ukrayna Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarından müdafiənin gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək niyyətindədir.