- 18:14
Yaxın Şərqdəki gərginlik daha böyük müharibəyə çevrilir.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiyanın (STRATCOM) Zirvə toplantısında çıxışı zamanı deyib.
"Türkiyə bölgə ölkələrini ciddi eskalasiyaya sürükləyəcək gərginliklərə qarşıdır",- o bildiurib.
H. Fidan əlavə edib ki, ABŞ və İsrailin İrana hücumu və Tehranın cavab əməliyyatları Körfəz ölkələri üçün təhdid yaradır: "Bu isə yalnız İsrailin savaşı deyil, çünki gərginliyin bədəlini bütün dünya ödəyir. Geosiyasi və iqtisadi çətinliklər artıb".