Türkiyə və Pakistan XİN başçılarının görüşü keçirildi - FOTO - YENİLƏNDİ


  • 11:44

Türkiyə xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabad şəhərində Pakistanın xarici işlər naziri İshaq Dar ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

11:23

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabada səfər edib.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hakan Fidanı Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar qarşılayıb.

Səfər çərçivəsində tərəflər arasında ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər və aktual inkişaf tendensiyaları ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bu gün və sabah Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirləri İslamabadda dördtərəfli görüş keçirəcək.

ABŞ və İran arasında intensiv diplomatik danışıqlar aparan ölkələrin XİN başçıları müharibəni dayandırmaq üçün atıla biləcək addımları müzakirə edəcəklər.

Oxşar xəbərlər