- 11:45
Belarus ərazisindən Litvaya keçməyə cəhd edən 34 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Bu, cari ilin maksimum göstəricisidir. Bundan əvvəl ən yüksək göstərici 25 martda qeydə alınmışdı, həmin vaxt sərhədi keçməyə 29 nəfər cəhd etmişdi”, - məlumatda bildirilib.
Saxlanılanların sözlərinə görə, onlar Əlcəzair, Əfqanıstan, Pakistan, Somali və Eritreyadan gəliblər.
Məlumata görə, 2025-ci ildə 1,6 mindən çox, cari ildə isə 169 qeyri-qanuni miqrant geri qaytarılıb.
Humay Eminqızı