- 12:45
Ermənistanın Baş naziri Nikol Paşinyana hücuma cəhdlə bağlı açılmış cinayət işi çərçivəsində 3 Ermənistan vətəndaşına ittiham irəli sürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat yayıb.
“D. M. - ya qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə) ilə ictimai qaydada cinayət təqibi başlanıb. M. M. - ya qarşı CM-nin 46-297-ci maddənin 1-ci hissəsi (xuliqanlığa köməklik) və 46-452-ci maddənin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxiləyə köməklik) üzrə ittiham irəli sürülüb. Q. Q. - ya qarşı isə CM-nın 46-297-ci maddənin 1-ci hissəsi (xuliqanlığın təşkili) və 46-452-ci maddənin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilənin təşkili) üzrə ittiham irəli sürülüb”, - məlumatda bildirilib.
Qeyd edək ki, 29 mart tarixində Yerevanda yerləşən Müqəddəs Anna kilsəsidə bazar günü keçirilən liturgiyadan sonra məbəddən çıxışa doğru gedən Paşinyana bir kişi zərbə endirməyə cəhd edib.
Humay Eminqızı